RU

Rusiya tərəfindən görün hansı ölkələrin əsgərləri döyüşür Zelenski AÇIQLADI

ain.az bildirir, GlobalInfo portalına istinadən.

“Çin, Tacikistan və Özbəkistandan olan muzdlular Rusiya uğrunda döyüşür”.

Globalinfo.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski deyib.

Zelenski Vovçansk istiqamətində 57-ci briqadanın 17-ci ayrı-ayrı motoatıcı batalyonunun hərbçiləri ilə görüşüb.

“Biz komandirlərlə cəbhə xəttindəki vəziyyət, Vovçanskın müdafiəsi, döyüşlərin dinamikası barədə danışdıq. Bu istiqamətdə Çin, Tacikistan, Özbəkistan, Pakistan və Afrika ölkələrindən olan muzdluların Rusiya Federasiyasının tərəfində döyüşlərdə iştirakı qeydə alınır. Vovçansk 2024-cü ilin mayında Moskvanın kütləvi hücumları nəticəsində demək olar ki, tamamilə dağıdılıb. Döyüşçülər cəbhənin çətin bir hissəsini – Liptsı tutub. Mən komandirlərlə danışdım”, – deyə Zelenski vurğulayıb.

Əliyar Xəlil,

Globalinfo.az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
7
globalinfo.az

1Источники