RU

Altı ölkə Qəzzaya humanitar yardım göndərib

İsrail Müdafiə Qüvvələri (İMQ) bir sıra beynəlxalq tərəfdaşlarla koordinasiyalı şəkildə Qəzza zolağında humanitar əməliyyatın davam etdirildiyini açıqlayıb.

Ölkə.az xəbər verir ki, bu barədə “Report” ordunun mətbuat xidmətinə istinadən xəbər verir.

Bəyanatda deyilir ki, siyasi rəhbərliyin göstərişləri çərçivəsində və Ərazilərdə Hökumətin Fəaliyyətinin Koordinasiyası Ofisinin (COGAT) iştirakı ilə regionda humanitar vəziyyətin yaxşılaşdırılması istiqamətində tədbirlər davam etdirilir.

Son saatlarda altı ölkə, o cümlədən bu cür əməliyyatlarda ilk dəfə iştirak edən Kanada havadan Qəzza sakinləri üçün 120 paket ərzaq yardımı atıb. Əməliyyatda həmçinin Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ), İordaniya, Misir, Almaniya və Belçika da iştirak edib.

Избранный
23
8
olke.az

9Источники