RU

Rüfət Abdullazadə ilk turda ehtiyatda qaldı

Azərbaycanlı futbolçu Rüfət Abdullazadənin yeni komandası “Varajdin” Xorvatiya çempionatına növbəti oyununu keçirib.

Arena.az xəbər verir ki, sözügedən komanda 2025/2026-cı illər mövsümünün ilk turu çərçivəsində “Qoritsa” ilə qarşılaşıb.

“Varajdin” doğma meydanda baş tutmuş bu oyundan 1 xalla ayrılıb. Komandalar meydanı 1:1 hesablı bərabərliklə tərk ediblər.

Azərbaycanlı vinger bu görüşdə iştirak etməyib. O, sonadək ehtiyatda qalıb.

Xatırladaq ki, Rüfət Abdullazadə Xorvatiya klubuna bu yay “Səbail”dən keçib. O, “Varajdin”lə 3 illik müqavilə imzalayıb. Ötən mövsümün nəticələrinə görə Azərbaycan Premyer Liqasını tərk etmiş və Birinci Liqaya düşmüş Bayıl təmsilçisi 24 yaşlı hücumçu üçün təxminən 200 min avro təzminat alıb.

Abdullazadə “Sumqayıt” yetirməsidir. O, 2023-cü ildə “Səbail”ə keçmişdi və anlaşması gələn yay başa çatacaqdı. Rüfət “Sumqayıt”da 76 (1 qol, 6 assist), “Səbail”də isə 75 (15 qol, 14 assist) oyun keçirib. Azərbaycanın U-17 və U-21 yığmalarında oynamış Rüfətə əsas millimizdə debüt qismət olmayıb.

Избранный
6
arena.az

1Источники