RU

Məsud Pezeşkianın Zəncanda Azərbaycanla bağlı qohumluq fikirləri səsləndirməsi təqdirə layiqdir

Bizimyol saytına istinadən ain.az xəbər verir.

“Azərbaycan bizim qohumumuz və qardaşımızdır. Necə olur ki, biz ünsiyyət qura bilmirik, amma İsrail bacarır? Əgər ünsiyyət qura bilməmişiksə, günah bizdədir”. Bu sözləri İran prezidenti Məsud Pezeşkian Azərbaycanın Zəncan şəhərinə səfəri zamanı deyib.

Güneyli fəal Mehsa Mehdili Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, Məsud Pezeşkian Azərbaycana gəldiyində belə, o İranın prezidenti kimi qarşılanmır: “Məsud Pezeşkianıhəm Azərbaycan rəsmiləri, həm Azərbaycan ictimaiyyəti Azərbaycanın bir övladı kimi qəbul edir. Çünki, Pezeşkian prezident ola bilsə də onun Azərbaycanlı kimliyinə sahib çıxması, özəlliklə İran kimi bir yerdə Azərbaycanlı olmaq hər zaman pislənmişdi. İranın özündə Azərbaycanlılar Pezeşkiana dəstək verdilər. Sırf Azərbaycanlı olduğuna görə yox, Azərbaycanlı olduğuna sahib çıxa bildiyinə görə. Onun baxışı da odur. Xətti bəlli bir insandır. Bəyənmədiyimiz tərəfləri ola bilər.

Bu günə bəlkə hər kəsin gizləndiyi vaxtda özünü təhlükəyə ataraq türkçülüyünə və azərbaycançılığına sahib çıxıb. Dediklərinin bu yönü çox önəmlidir. İnanaraq deyir ki, "biz bacı-qardaşıq və Azərbaycanlılar bizim qohumlarımızdır". Bunu Azərbaycanlı olaraq qeyd edir. İrandakı sistem farsların hakimiyyətidir. Onlar öz nəzərləri ilə hərəkət edirlər”.

Mehsa Mehdili

Mehsa Mehdili qeyd edib ki, Məsud Pezeşkian siyasətçi olaraq, bir fenomendir və dedikləri də tarixidir: “Görək ki, hara qədər davam edəcək və ya harada qarşısını alacaqlar. Hakimiyyət çətinlikdə olduğu üçün Pezeşkianı rəhbərliyə gətirmişdi.

Ciddi əziyyətlərə də məruz qala bilər. Çünki, sistem sərtdir. Məsud Pezeşkian deyir ki, “biz Azərbaycana yaxınlaşa bilməmişik”, öz nəzərlərini özündə saxlayırlar və bu da önəmli məqamdır. Ancaq İranın siyasi sistemində prezident formaldır. Söz sahibi deyil, söz sahibi ancaq dini liderdir. Formal belə olsa, bu vəziyyətdə belə cəsarətlə öz siyasi məqamını təhlükəyə atması çox önəmli bir haldır. Belə çıxışları təqdirə layiqdir”.

İradə Cəlil, Bizimyol.info

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
24
bizimyol.info

1Источники