RU

Qubadakı yanğını törədənlər onlar imiş

Cebheinfo saytından verilən məlumata görə, ain.az xəbər verir.

Avqustun 3-də Quba rayonunun müxtəlif ərazilərində biçilmiş taxıl sahələrinin qəsdən yandırılması ilə bağlı polis əməkdaşları tərəfindən üç nəfər müəyyən olunaraq saxlanılıb.

DİN-in mətbuat xidmətindən "Cebheinfo.az"a verilən məlumata görə, araşdırmalarla bu qanunsuz əməllərin rayon sakinləri Bahadır Mehrəliyev, Səməndər Məmmədrəhimov və Vahid Abdullayev tərəfindən törədildiyi məlum olub.

Onlar biçilmiş əkin sahələrini yandırdığına görə alov nəzarətdən çıxaraq daha geniş ərazilərə yayılıb.

Saxlanılan şəxslərdən B.Mehrəliyev barəsində həbs, digər iki şəxs isə inzibati qaydada cərimələnib.

"Cebheinfo.az" 

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
81
10
cebheinfo.az

10Источники