RU

Növbəti transfer - RƏSMİ

"Qəbələ" heyətinə yeni legioner qatıb.

Sportinfo.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Bölgə təmsilçisi Eduardo Kundeni transfer edib. Onunla imzalanan müqavilənin detalları hələlik açıqlanmayıb.

Mərkəz müdafiəçisi olan 27 yaşlı futbolçu “Sumqayıt”la “Şamaxı” arasında Qəbələdə baş tutan yoxlama matçını canlı izləyib.

Vətənində “Avay”, “Kuyaba” və “Bruski”nin şərəfini qorumuş "sambaçı" Yaponiyada “Saqamihara”, Bolqarıstanda “Botev Vratsa”nın formasını geyinib.

Sonuncu iş yeri ötən mövsümdə İndoneziya təmsilçisi “Persis” olub.

“Qəbələ” yay fasiləsində heyətini Prins Ovusu (klubun U-19 komandasında cəlb olunub), İsaak Amoah (“Atletiko Sanlukenyo”, İspaniya). Paulo Quimbila (“Əl-Əhli”, Bəhreyn) və Adriel Ba Loua (“Kan”, Fransa) ilə gücləndirib.

Избранный
59
sportinfo.az

1Источники