RU

Afrika İttifaqı Sudanda “paralel hökumət”lə bağlı təcili iclas keçirib

525.az saytına istinadən ain.az xəbər verir.

Afrika İttifaqının (Aİ) Sülh və Təhlükəsizlik Şurası Sudanda Çevik Reaksiya Qüvvələri (ÇRQ) tərəfindən “paralel hökumət” yaradılması ilə bağlı təcili iclas keçirib. 

525.az xəbər verir ki, bu barədə təşkilat sosial media hesabında məlumat yayıb.

Görüşdə Aİ sülh yolu ilə nizamlanmanın tərəfdarı olduğunu bir daha təsdiqləyib və danışıqların bərpasına çağırıb. Qeyd olunub ki, qurum çərçivəsində Sudanda sülhü dəstəkləmək üçün üç əsas mexanizm var: münaqişə tərəfləri ilə qarşılıqlı fəaliyyət üzrə xüsusi müvəqqəti komitə, nizamlanma üzrə yol xəritəsinin icrasına nəzarət etmək üçün yüksək səviyyəli qrup və münaqişənin sona çatmasını asanlaşdıran genişləndirilmiş mexanizm.

Sülh və Təhlükəsizlik Şurası bir daha təsdiqləyir ki, böhrana yalnız sudanlıların özlərinin rəhbərliyi ilə hərtərəfli siyasi proses son qoya bilər. Bu olmadan mülki sakinlər münaqişənin əsas qurbanları olaraq qalacaqlar.

Görüşdə bir daha “paralel hökumət” yaradılması pislənilib, sülh yolu ilə nizamlanmada irəliləyişin olmamasından narahatlıq ifadə edilib.

ÇRQ üsyançıları iyulun 26-da Sudanda “paralel hökumət” yaradıldığını elan ediblər. Ölkədə nizami ordu ilə üsyançılar arasında vətəndaş müharibəsi 2023-cü ilin aprelində başlayıb.

Pərvanə Sultanova

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Избранный
23
525.az

1Источники