Avtosfer saytından verilən məlumata görə, ain.az xəbər verir.
Piyadalar üçün müəyyən olunmayan yerdən yolu keçən qadını avtomobil vurub. Avtosfer.az xəbər verir ki, Rusiyanın Soçi şəhərində baş verən hadisənin görüntüləri nəzarət kamerası tərəfindən qeydə alınıb. Sergey-Pole kəndində 44 yaşlı qadın piyadalar üçün nəzərdə tutulmayan hissədən yolu qarşı tərəfə keçmək istəyib və bu zaman 32 yaşlı sürücü idarə etdiyi “Hyundai” markalı avtomobillə onu vurub. Zərbənin şiddətindən zərərçəkən havaya qalxaraq bir neçə metr kənara düşüb.
Həyat yoldaşının qəzaya düşdüyünü görən kişi əlindəki çanta ilə sürücüyə hücum edib və ona bir neçə dəfə zərbələr endirib.
Xəsarətlər alan qadın hadisə yerinə çağırılan təcili yardım maşını ilə xəstəxanaya aparılıb.
Sözügedən qəzanın anbaan videosunu təqdim edirik:
Namiq Musayev
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.