RU

“Sabahımızı tariximizə münasibətimiz müəyyən edəcək!”

“Sabahımızı tariximizə münasibətimiz müəyyən edəcək!”

Bunu Moderator.az-a açıqlamasında Xalq artisti Nurəddin Mehdixanlı bildirib. Xalq artisti qeyd edib ki, tariximizin təbliği və əbədiləşdirilməsinə ciddi ehtiyac var və bu, heç vaxt bitməyən, davamlı proses olmalıdır:

“Hər şey bizim tariximizə olan münasibətimizdən, bu tarixi əbədiləşdirmək və təbliğ etmək bacarığımızdan asılıdır. Əgər biz əsrlər boyu xalqımızın başına gətirilən müsibtələri, bu müsibətlərin baiskarlarını, habelə, xalqımızın düşmənlərlə mübarizədə göstərdiyi qəhrəmanlıqları layiqincə təbliğ edə bilsək, bunu gənclərimizə, eləcə də  gələcək nəsillərə lazımınca çatdıra bilsək, o zaman özümüzü gələcək təhlükələrdən sığortalaya biləcəyik. Daha doğrusu, gələcək nəsillər hər zaman bu təhlükələrlə mübarizəyə hazır olacaq.

Ona görə də tariximizin doğru şəkildə təbliğini daim diqqət mərkəzində saxlamalı, bunu bütün üsul və vasitələrdən istifadə etməklə davamlı şəkildə həyata keçirməliyik. Tariximizlə bağlı filmlərin çəkilməsi, əsərlərin yazılması, şəhidlərimizin adının əbədiləşdirilməsi, onların göstərdiyi qəhrəmanlıqların ekranlaşdırılması, bu qəhrəmanlıqların tariximizlə yanaşı, həm də ədəbiyyatda öz əksini tapması və s. kimi addımlar gələcəyimizə yön verəcək addımlardır. Bu, keçmişiməz ehtiramla yanaşı, həm də sabahımıza hazırlıq deməkdir və biz hökmən bu hazırlığı təmin etməliyik!”

Seymur ƏLİYEV

 

Избранный
28
moderator.az

1Источники