RU

Kraliça Elizabetin helikopteri satışa çıxarıldı - Qiymət

2022-ci ildə vəfat edən Kraliça II Yelizavetaya məxsus səkkiz sərnişinlik qırmızı Sikorsy helikopteri satışa çıxarılıb.

Medicina.az xəbər verir ki, İngiltərə kralı III Çarlz tarixin şahidi olan ikonik avtomobili kolleksiyaçılara və həvəskarlara təqdim edərək kral qarajının qapılarını açıb.

2022-ci ildə vəfat edən Kraliça II Yelizavetaya məxsus qırmızı səkkiz sərnişinlik Sikorsky helikopteri və xüsusi hazırlanmış Range Rover L322 rəsmən satışa çıxarılıb.

Kraliçanın uzun illər həm rəsmi, həm də şəxsi səfərlərində istifadə etdiyi helikopterin reklamında “birinci əl dövlət təyyarəsi” təsviri yer alıb.


Hazırda 8,5 milyon funt sterlinq dəyərində olan bu təyyarə yeni, ekoloji cəhətdən təmiz "Leonardo" helikopteri ilə əvəz olunacaq. Bu qərar texnologiya və tarix həvəskarlarını həyəcanlandırıb.

Hazırda satışa çıxarılan helikopter boz rəngli dəri salona malikdir.

Vertolyotda həmçinin rəngli şüşələr, jurnal və qəzet rəfi, simsiz telefon və taxta saat var. Həmçinin, onun 5222 saat uçuş vaxtı olduğu bildirilir.

Reklam edilən helikopterin 5,7 milyon avroya, təxminən 5 milyon funta satılacağı gözlənilir.

Избранный
25
2
sherg.az

3Источники