RU

Makron arvadına kişi deyən jurnalistə görə Trampdan xahiş edib

Fransa Prezidenti Emmanuel Makronun həyat yoldaşına kişi deyən jurnalist Kandes Ouens ABŞ Prezidenti Trampın ona zəngindən danışıb. 

“Qafqazinfo” Lenta.ru-ya istinadən xəbər verir ki,  məşhur amerikalı jurnalist Trampla olan söhbəti ilə bağlı gözlənilməz açıqlamalar verib.

O, bildirib ki, Makronun həyat yoldaşı Bricitin transseksuallığı ilə bağlı araşdırmasından sonra  Tramp ona zəng edib. 

Ouensin sözlərinə görə, Makron Vaşinqtonda Ağ Evə səfəri zamanı Trampdan Bricit Makron haqqında məsələnin jurnalist tərəfindən araşdırılmasının qarşısını almaq üçün kömək istəyib. Bir qədər sonra ABŞ prezidenti birbaşa Ouensə zəng edib.

“Mən Bricitə yaxından baxmışam, biz Eyfel qülləsində nahar etmişik - o, qadın kimi görünür!”- deyən Tramp jurnalisti araşdırmanı dayandırmağa çağırıb.

Lakin Ouens öz fikrindən dönməyib və bildirib ki, Bricit Makron cinsiyyət dəyişdirmə üzrə mütəxəssisə müraciət edibmiş.

Onun sözlərinə görə, Fransa liderinin həyat yoldaşı Jan-Mişel Trogneux adı ilə kişi doğulub.

Qeyd edək ki, Makron buna görə jurnalisti məhkəməyə verib.

 

Избранный
22
4
qafqazinfo.az

5Источники