BAKI, 5 avqust. TELEQRAF
Kanada Qəzzaya 10 tondan çox humanitar yardım çatdırıb.
"Kanada Silahlı Qüvvələri kritik humanitar yardımın havadan atılması üçün CC-130J Hercules təyyarəsindən istifadə edib. Havadan atılan yardım 21600 funt (10,8 ton) təşkil edib", - Kanada hökumətinin bəyanatında deyilir.
İsrail Müdafiə Qüvvələrinin (SAXAL) məlumatına görə, bu gün ən azı beş başqa ölkə havadan yardım əməliyyatında iştirak edib və Qəzzaya təxminən 120 ton ərzaq atıb.