RU

"Qarabağ"da SÜRPRİZ OLAY! Qurban Qurbanovun üzü güldü - VİDEO

"Qarabağ"ın keçmiş yarımmüdafiəçisi Muarem Muarem komandanın Çempionlar Liqasının III təsnifat mərhələsində "Şkendiya" ilə oyundan əvvəl Skopyedə keçirdiyi son məşqində iştirak edib.

Sportinfo.az xəbər var ki, şimali makedoniyalı veteran oyunçu Ağdam klubunun baş məşqçisi Qurban Qurbanovla görüşüb.

Dostluq şəraitində keçən görüşdə mütəxəssislər fikir mübadiləsi aparıblar. Qurbanov Muaremdən harada işlədiyi soruşub, o yerli komandalardan birində fəaliyyət göstərdiyi deyib.

Keçmiş yetirməsi futbolçu karyerası zamanı "Qarabağ"da Qurbanovdan öyrəndiklərini indi məşqçi kimi tətbiq etməyə çalışdığını bildirib.

Muarem Muarem 2012-2015-ci və 2016-2017-ci illərdə "Qarabağ"da oynayıb. O, "Şkupi"də məşqçi işləyir.

Избранный
12
sportinfo.az

1Источники