Konfrans Liqasının III təsnifat mərhələsində “Araz-Naxçıvan”ın rəqibi olan “Omoniya”nı Bakıda baş tutacaq ilk oyunda 20-yə yaxın azarkeş dəstəkləyəcək.
Sportinfo.az xəbər verir ki, bu barədə “report”a Naxçıvan təmsilçisinin mətbuat katibi Mahal Məmmədov məlumat verib.
O, Kiprdən Azərbaycana bir neçə jurnalistin də gələcəyini bildirib:
“Omoniya”nın Bakıya səfər tarixi vaxtı hələ dəqiqləşməyib. Çünki çarter reysi üçün təyyarə axtarırlar.
Ən geci avqustun 6-da, günün birinci hissəsinə qədər gəlməyi planlaşdırıblar. Təxminən 20-yə yaxın azarkeşin, 4-5 jurnalistin səfəri də gözlənilir”.
"Araz-Naxçıvan” - “Omoniya” matçı avqustun 7-d "Dalğa Arena"da, saat 20:00-da start götürəcək. Cavab görüşü bir həftə sonra Nikosiyada təşkil olunacaq.