RU

KİV: Əs-Suveyda ətrafında atışma oldu

BAKI, 5 avqust. TELEQRAF

Ərəb qəbilələrinin silahlı birləşmələri Suriyanın cənubunda yerləşən Əs-Suveyda şəhərinin ətraflarını atəşə tutub.

Teleqraf xəbər verir ki, bu barədə “Sham TV” məlumat yayıb.

Bununla da, 19 iyulda əldə edilmiş atəşkəs razılaşmasının pozulduğu bildirilir.

Telekanalın məlumatına görə, Atil qəsəbəsindəki yaşayış evləri iriçaplı pulemyotlardan və qumbaraatanlardan atəşə tutulub. Yerli druzların özünümüdafiə qüvvələrinin dəstələri cavab olaraq bu bölgədəki silahlıların mövqelərinə hücum ediblər.

Daha əvvəl Əs-Suveydanın cənub-qərbində yerləşən Ur yaşayış məntəqəsində atışmalar qeydə alınıb, burada bir neçə minaatan mərmisi evlərin damlarına düşüb. Ölən və yaralananlar barədə məlumat verilməyib.

Избранный
14
teleqraf.com

1Источники