BAKI, 5 avqust. TELEQRAF
Ukraynanın Avropa müttəfiqləri vasitəsilə ABŞ-dən ala biləcəyi silahların həcmi məhduddur.
Teleqraf xəbər verir ki, bu barədə ABŞ-nin NATO-dakı daimi nümayəndəsi Metyu Uitaker bildirib.
Uitaker qeyd edib ki, ABŞ öz hərbi resursları baxımından "strateji cəhətdən əlverişsiz" vəziyyətə düşmək niyyətində deyil.
"Biz strateji müdafiəmiz üçün lazım olanlardan əlavə, artıq hesab etdiyimiz silahları tədarük edirik", - o vurğulayıb.