BAKI, 5 avqust. TELEQRAF
Tramp Sülh üzrə Nobel mükafatına layiqdir.
Teleqraf xəbər verir ki, bu barədə Respublikaçılar Partiyasından olan ABŞ-li konqresmen Co Vilson “X” sosial şəbəkə hesabında yazıb.
“Tramp qədər sülhə bu səviyyədə xidmət edən ikinci prezident olmayıb.
*Konqo və Ruanda
*Tailand və Kamboca
*Pakistan və Hindistan
Tezliklə Azərbaycan və Ermənistan!”, - paylaşımda deyilir.
Qeyd edək ki, daha əvvəl ABŞ-də yaşayan azərbaycanlı jurnalist Alex (Ələkbər) Raufoğlu öz "X" hesabında etdiyi paylaşımda Bakı və İrəvanın Vaşinqtonda sülh sazişi imzalama niyyətini bu həftə elan edə biləcəyini yazıb.
O qeyd edib ki, ABŞ Prezidenti Donald Trampın bu cümə Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistan Baş naziri Nikol Paşinyanı Ağ Evdə qəbul edəcəyi gözlənilir.