Ermənistan parlamentinin spikeri Alen Simonyanın adı son günlər siyasi proseslərdən daha çox yeni eşq məcarasında hallanır. Nikol Paşinyan hakimiyyətinin əsas fiqurlarından sayılan bu cavan erməni spiker artıq arvadından boşanıb. "Aysor.am" erməni saytının yazdığına görə, parlament sədrinin yeni sevgilisi məşhur model və aktrisa Aneliya Gubryandır.
Erməni saytının yazdığına görə, A. Gubryanın 25 yaşı var. O, İrəvanda anadan olub, hündür boyu və görünüşü ilə moda dünyasında məşhurdur, peşəkarlığı ilə seçilir. Aneliya İrəvan Dövlət Universitetinin jurnalistika fakültəsini bitirib və hazırda şəxsi biznesinə sahibdir. Onun adına qeydiyyatdan keçmiş sosial şəbəkə hesabı yoxdur.
Mətləb Salahov