RU

Trampa çağırış: İsraili dayandır!

Trampa

600-dən çox sabiq yüksək rütbəli israilli hərbçi və xüsusi xidmət orqanlarının əməkdaşı ABŞ-ın prezidenti Donald Trampa müraciət edərək, İsrailin baş naziri Benyamin Netanyahunun Qəzza zolağında münaqişəyə son qoyması üçün ona təsir göstərməsini xahiş ediblər. Bu barədə The Jerusalem Post məlumat yayıb.Müraciəti imzalayanlar arasında keçmiş “Mossad” rəhbəri Tamir Pardo, “Şin Bet”in sabiq rəhbəri Ami Ayalon və İsrail Müdafiə Qüvvələrinin (CAXAL) keçmiş komandir müavini Matan Vilnay da var.“Müraciət edənlər “İsrailin Təhlükəsizliyinə Komandanlıq edənlər” (CIS) adlı qrupda birləşiblər. Onlar bildiriblər ki, Qəzzadakı əməliyyatın əsas hərbi məqsədləri artıq yerinə yetirilib və HƏMAS artıq ölkə üçün strateji təhlükə daşımır. Girovların azad edilməsi məsələsinin isə yalnız diplomatik yolla həll oluna biləcəyini vurğulayıblar. Trampa müraciət etmələrinin səbəbi isə onun İsraildə böyük nüfuza sahib olması ilə izah olunub.Ulusum.az

Diqqət Çəkənlər

Türk dünyası Levkoşada bir araya gəldi – Azərbaycanlı şairlər beynəlxalq poeziya axşamında - FOTO

Zilviyə – Gəncənin şirin xatirəsi - VİDEO

Trampın çıxışlarında tez-tez mövzudan yayınmalar Qərbdə diqqət çəkdi

Избранный
10
ulusum.az

1Источники