Rusiya və beynəlxalq okeanoloqlardan ibarət qrup Sakit Okeanın şimal-qərbində, Rusiya ilə Alyaska arasında yerləşən Kuril-Kamçatka və Aleut xəndəklərini tədqiq etmək üçün 9,5 kilometrdən çox dərinliyə dalmaq üçün sualtı qayıqdan istifadə edib...
Poliqon bu barədə “Naked Science” nəşrinə istinadən xəbər verir.
“Fendouzhe” sualtı gəmisində quraşdırılmış yüksək dəqiqlikli videokamera ilə əldə edilən görüntülər göstərib ki, ekstremal şəraitə - yüksək təzyiqə, aşağı temperatura və günəş işığının olmamasına baxmayaraq, okeanın ən dərin bölgələrində iri dəniz orqanizmlərinin inkişaf edən ekosistemi mövcuddur.
Poliqon.info