Bu gün İranın cənub bölgəsində 5.7 bal gücündə zəlzələ qeydə alınıb.
Yenisabah.az xəbər verir ki, yeraltı təkanlar yerli vaxtla saat 07:00 radələrində Hürmüzqan vilayətində baş verib. Zəlzələnin ocağı yerin təxminən 10 kilometr dərinliyində yerləşib.
Hazırda hadisə nəticəsində xəsarət alanlar və ya dağıntılarla bağlı rəsmi məlumat verilməyib. Yerli hakimiyyət orqanları ərazidə axtarış-xilasetmə və vəziyyətin qiymətləndirilməsi işlərini davam etdirir. Sezar pizza
Qeyd edək ki, İran tektonik cəhətdən aktiv zonada yerləşdiyi üçün bu ölkədə zəlzələlər tez-tez baş verir.
Aytac Əliyeva
Telegram kanalımız