Gununsesi saytından verilən məlumata görə, ain.az xəbər verir.
Bakı Dövlət Universitetinin (BDU) Tətbiqi riyaziyyat və kibernetika fakültəsində müasir tələblərə cavab verən infrastruktur və elmi potensial mövcuddur.
Gununsesi.info-nun məlumatına görə, Fakültədə 8 kafedra və 2 kompüter laboratoriyası fəaliyyət göstərir. Laboratoriyalar son texnoloji avadanlıqlarla təchiz olunub və tələbələrin praktiki bacarıqlarının inkişafına şərait yaradır.
Hazırda fakültədə aşağıdakı kafedralar fəaliyyət göstərir: Tətbiqi riyaziyyat, Riyazi fizika tənlikləri, İnformasiya texnologiyaları və proqramlaşdırma, Riyazi kibernetika, Optimallaşdırma və idarəetmə, Ehtimal nəzəriyyəsi və riyazi statistika, İqtisadi kibernetika və İnformatika.
Bakalavriat səviyyəsində üç ixtisas üzrə mütəxəssis hazırlığı həyata keçirilir: “Kompüter elmləri”, “İnformatika (rəqəmsal bacarıqlar) müəllimliyi” və “İnformasiya təhlükəsizliyi”.
“Kompüter elmləri” ixtisasını bitirən məzunlar proqramçı, İT mütəxəssisi, proqram təminatı analitiki, riyazi modelləşdirmə üzrə mütəxəssis, verilənlər bazası dizayneri, sistem inzibatçısı, riyaziyyat mühəndisi və digər sahələrdə peşəkar kimi fəaliyyət göstərə bilirlər.
“İnformatika (rəqəmsal bacarıqlar) müəllimliyi” üzrə təhsil alanlar isə gələcəkdə məktəblərdə, liseylərdə və gimnaziyalarda informatika fənnini yüksək peşəkarlıqla tədris etmək imkanına malik olurlar.
Əmək bazarında yüksək tələbat olan “İnformasiya təhlükəsizliyi” ixtisası üzrə təhsil alan məzunlar informasiya təhlükəsizliyi sahəsində müxtəlif qurum və şirkətlərdə sistem inzibatçısı, vebsayt administratoru, analitik, laboratoriya əməkdaşı, İT layihə meneceri və digər vəzifələrdə çalışa bilərlər.
Qeyd edək ki, fakültədə tədris Azərbaycan, rus və ingilis dillərində aparılır.
Gununsesi.info
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.