Azpolitika.az portalından alınan məlumata görə, ain.az xəbər verir.
ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus F/A-18F Super Hornet qırıcı-bombardmançıları və İtaliyanın beşinci nəsil F-35B Lightning II qırıcıları Qara dəniz akvatoriyası və Rumıniya hava məkanında birgə təlim uçuşları həyata keçiriblər.
Təlimlər NATO-nun Neptune Strike 25-2 hərbi manevrləri çərçivəsində keçirilib və əsas məqsəd yaxın hava dəstəyi (CAS – Close Air Support) üzrə döyüş şəraitinə maksimal yaxın ssenarilərin məşq etdirilməsi olub.
Manevrlərə Neapolda yerləşən NATO-nun Birləşmiş Qüvvələr Komandanlığı (JFC Naples) rəhbərlik edir. Təlimlərdə həmçinin USS Gerald R. Ford (CVN 78) atom aviadaşıyıcısının rəhbərlik etdiyi aviadaşıyıcı zərbə qrupu da iştirak edir. Sözügedən zərbə qrupu hal-hazırda Aralıq dənizində dislokasiya olunub.
Bu təlimlər NATO-nun Qara dəniz regionunda hərbi varlığını gücləndirməyə və potensial təhlükələrə qarşı cavab qabiliyyətini artırmağa yönəlib.
"AzPolitika.info"
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.