RU

Gərginlik ARTIR - Almaniya qırıcılarını Belarusla sərhədə GÖNDƏRDİ

Almaniya ilk dəfə olaraq özünün Eurofighter Typhoon qırıcılarını Polşaya yerləşdirib.

Bizim.Media xəbər verir ki, bu barədə Polşa ordusunun komandanlığı X sosial şəbəkəsində məlumat yayıb.
 

“Ümumi müdafiənin gücləndirilməsi çərçivəsində Almaniya Hərbi Hava Qüvvələrinə məxsus beş Eurofighter EF-2000 Typhoon qırıcısı yaxın həftələrdə Minsk-Mazovetski şəhərində yerləşən 23-cü taktiki aviabazada xidmət aparacaq.


Təyyarələr alyansın şərq cinahında hava məkanının qorunması əməliyyatlarına dəstək göstərəcək”, – məlumatda deyilir.
 

Almaniya Hərbi Hava Qüvvələri (Luftwaffe) “DPA” agentliyinə bildirib ki, alman qırıcılarının Varşavadan şərqdə yerləşən aerodroma köçürülməsi 5 avqustdan başlayacaq və onlar orada təxminən bir ay qalacaqlar. Onların texniki xidməti üçün 150-yə yaxın Bundesver hərbçisi də həmin əraziyə göndəriləcək.


Alman Hərbi Hava Qüvvələrinin məlumatına görə, onlar apreldən bəri Polşanın hava məkanının müdafiəsində iştirak edirlər.

Lakin indiyədək alman qırıcıları Rostok yaxınlığındakı aerodromdan havaya qalxırdı.

Minsk-Mazovetskiyə köçürülməni Varşava xahiş edib.

Minsk-Mazovetski şəhəri yaxınlığındakı aviabaza Belarus sərhədindən 100 km, Ukraynadan isə 160 km məsafədə yerləşir.
 

Qeyd edək ki, əvvəllər Polşa Hərbi Hava Qüvvələri Rusiyanın Ukraynanın qərb vilayətlərinə endirdiyi zərbələr zamanı dəfələrlə qırıcılarını havaya qaldırıb.


Luftwaffe nümayəndəsi Almaniyanın Bild qəzetinə bildirib ki, alman qırıcılarının Polşaya yerləşdirilməsi ilk dəfə baş verir. Almaniya Müdafiə Nazirliyi Bild-ə açıqlamasında qeyd edib ki, qırıcılar Polşada mümkün hava məkanının pozulmasına “ən qısa zamanda reaksiya vermək” imkanına malik olacaqlar. Bild-in məlumatına görə, qırıcılar Polşada ən azı 3 sentyabra qədər qalacaq.

Bizim.Media

Избранный
9
bizim.media

1Источники