RU

Ukrayna PUA-ları rusları bu gecə də mürgüləməyə qoymadı

Ötən gecə Rusiyanın hava hücumundan müdafiə sistemləri dörd rayonun ərazisi üzərində düşmənin 24 pilotsuz təyyarəsini məhv edib.

Publika.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

“Ötən gecə, növbətçi hava hücumundan müdafiə sistemləri Ukraynaya məxsus 24 təyyarə tipli pilotsuz uçuş aparatını məhv edib və ələ keçirib”, - nazirliyin məlumatında bildirilir.

Bildirilir ki, 13 PUA Bryansk vilayəti üzərində məhv edilib. Rostov vilayəti üzərində daha yeddisi vurulub. Kaluqa və Smolensk vilayətlərində isə iki pilotsuz təyyarə məhv edilib.

Избранный
29
publika.az

1Источники