RU

Türkiyə və Suriyanın nazirləri qaçqınların təhlükəsizliyi və vətənlərinə qayıdışı məsələlərini müzakirə ediblər

Azertag portalından alınan məlumata görə, ain.az xəbər verir.

Ankara, 4 avqust, AZƏRTAC

Türkiyənin daxili işlər naziri Ali Yerlikaya suriyalı həmkarı Enes Hattab ilə görüşüb.

AZƏRTAC xəbər verir ki, Ankarada nazirlər arasında aparılan müzakirələr məhdud və geniş tərkibdə davam edib.

Danışıqlar əsnasında təhlükəsizlik məsələləri, həmçinin iki ölkənin hüquq-mühafizə orqanları əməkdaşları arasında təcrübə mübadiləsi və onlar üçün təlim proqramlarının təşkili müzakirə olunub. Tərəflər suriyalı qaçqınların vətənlərinə qayıtması prosesinə xüsusi diqqət yetiriblər. Bu istiqamətdə atılacaq qarşılıqlı addımlar ətrafında fikir mübadiləsi aparılıb.

Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz da Ankarada səfərdə olan Suriyanın daxili işlər nazirini qəbul edib.

Ramin Abdullayev

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
11
azertag.az

1Источники