RU

“Aİ-95” benzinlə bağlı SON DƏQİQƏ xəbəri yayıldı

Yerli KİV-də yayılan məlumatlara görə, Bakının bir çox yanacaqdoldurma məntəqələrində “Aİ-95” premium benzinin satışı dayandırılıb. İddia olunur ki, “Aİ-95″ premium bahalaşacaq.

Bu barədə "SOCAR Petroleum" QSC-nin İctimaiyyətlə əlaqələr şöbə rəisi Afaq Rza Metbuat.az-ın sorğusuna cavab verib.

O bildirib ki, “SOCAR” brendli yanacaqdoldurma stansiyalarında (YDS) “Aİ-95” markalı yanacağın satışı dayandırılmayıb:

“Sadəcə olaraq, yüksək tələbat səbəbindən bəzi stansiyalarda yanacaq ehtiyatı müvəqqəti olaraq bitib. Bu gündən etibarən isə bütün YDS-lərdə “Aİ-95” markalı yanacağın satışı tam bərpa olunur və sürücülər bütün stansiyalardan fasiləsiz şəkildə yanacaq əldə edə biləcəklər”, - deyə açıqlamada qeyd olunub.
Избранный
23
49
referans.az

10Источники