Aparıcı İlqar Mikayıloğlunun başına iş gəlib.
Milana gedən aparıcının mindiyi təyyarə Berqamo Hava Limanında eniş edə bilməyib. Buna səbəb isə pis hava şəraiti olub.
Mikayıloğlu həmin anları sosial şəbəkədə paylaşıb. O bildirib ki, təyyarə Boloqna hava limanında eniş edib:
"Berqamoda yox, təyyarəni Boloqnada dayandırıblar. İndi bizi buradan Berqamoya aparacaqlar. 24 saat yollardayıq". (Axşam.az)