RU

Günəşdə güclü partlayış oldu

Avqustda Günəşdə dördüncü partlayış baş verib.

Milli.Az xəbər verir ki, Rusiya Tətbiqi Geofizika İnstitutunun məlumatına görə, avqustun 5-də Moskva vaxtı ilə 05:12-də (Bakı vaxtı ilə 06:12) 4168 nömrəli Günəş ləkələri qrupunda M1.2 gücündə rentgen partlayışı qeydə alınıb.

Alimlər əvvəlcə avqustun ilk həftəsonunda böyük partlayış riskinin artacağını xəbər vermişdilər. M sinifli partlayışlar Günəşdə orta güc hesab olunur və onların emissiyaları Yerə maqnit qasırğaları gətirə bilər.  

Asya
Milli.Az 

Избранный
42
34
milli.az

10Источники