AzVision.az xəbər verir ki, mənbələrə istinad edən Böyük Britaniyanın “Financial Times” nəşri belə məlumat yayıb.
Layihə Alyaskadakı qaz yatağını ABŞ-nin Qərb Sahilindəki limanla birləşdirilməsini və yanacağın Asiyaya ixracının planlaşdırıldığı 1300 km uzunluğunda boru kəmərinin tikintisini nəzərdə tutur.
“Vaşinqton Pekindən sonra həcminə görə ikinci və üçüncü ən böyük LNG alıcıları olan Tokio və Seula layihəni tarif danışıqları ilə əlaqələndirərək dəstəklərini təmin etmək üçün təzyiq göstərməyə çalışıb”, - mənbələr iddia edirlər.
Məmurlar, ekspertlər və enerji sənayesi nümayəndələri arasında layihənin iqtisadi məqsədəuyğunluğuna dair şübhələr fonunda Tramp administrasiyası skeptik Asiya tərəfdaşlarını bu təşəbbüsdə iştirak barədə düşünməyə inandırmaq üçün çox çalışmalı olub.
İyun ayında Vaşinqtondakı “Rapidan Energy Group” konsaltinq şirkəti bu təşəbbüsü“siyasətin kommersiya məntiqindən üstün olduğu”“spekulyativ investisiya” kimi qiymətləndirib.
- Hələlik heç bir Asiya şirkəti layihənin səhm kapitalına investisiya qoymayıb. Yaponiya və Cənubi Koreyanın potensial alıcıları ABŞ administrasiyasının Tokio və Seul ilə ticarət sazişləri çərçivəsində əldə etdiyi razılaşmalara baxmayaraq, qaz almaq niyyəti haqqında hətta məktub belə imzalamayıb”,- qəzet vurğulayır.
Sahil İsgəndərov
AzVision.az
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта