RU

48 aptek yoxlanıldı – 19-da nöqsan aşkarlandı

Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzi qanunvericiliyə uyğun olaraq əczaçılıq müəssisələrində yoxlamalar aparmağa davam edir.

Doğru.az xəbər verir ki, mərkəzdən verilən məlumata görə, 2025-ci ilin iyul ayı ərzində Bakı şəhəri üzrə 21, respublikanın digər şəhər və rayonlarında isə 27 aptek olmaqla ümumilikdə 48 aptekdə yoxlama həyata keçirilib.

Yoxlamalardan 10-u planlı, 37-si plandankənar, 1-i isə yoxlamadan kənar təftiş xarakterli olub.

Nəticədə 19 aptekdə müxtəlif nöqsanlar aşkarlanıb və İnzibati Xətalar Məcəlləsinin 210.1, 221.1, 452.1 və 452.3 maddələri üzrə inzibati protokollar tərtib edilib.

DOĞRU.AZ

Избранный
21
4
dogru.az

10Источники