RU

İran İslam Cümhuriyyətinin Amerika Birləşmiş Ştatları ilə danışıqlarda heç bir kartı yoxdur Video

Bizimyol saytından verilən məlumata görə, ain.az xəbər verir.

“İran İslam Cümhuriyyətinin ABŞ-la danışmağa heç bir kartı yoxdur. Daxildə də millət hökümətdən razı deyil. 47 il İslam Cümhuriyyəti ölkədə elə bir fəlakət yaradıb ki, böyük sərvətlərə malik olan ölkənin nə suyu var, nə işığı var, nə qazı var. İnsanlar normal şəkildə qidalana bilmir. Əhalinin 60 faizi kasıbdır. Ancaq yavan çörəklə dolanırlar. Millətdən dayaq görməyən hakimiyyət milləti əzməklə, güllələməklə, edam etməklə hakimiyyəti əlində saxlayıb”.

Bu barədə Bizimyol.info xəbər portalına güneyli şərhçi Maşallah Rəzmi danışıb. Siyasi şərhçi qeyd edib ki, hökümət “millət hökümətin arxasındadır” desə də, belə bir vəziyyət yoxdur.

Maşallah Rəzmi

Maşallah Rəzmi hesab edir ki, hərhansı bir xarici hücum olarsa, millət küçələrdə inqilab etməz: “Nə zaman ordu dağılsa o zaman millət küçələrdə hakimiyyətə qarşı çıxar”.

“İran 12 gün müharibəyə davam gətirə bilmədi. Hər kəsə müharibənin dayandırılması üçün ağız açdı”-deyə Maşallah Rəzmi qeyd edib.

Siyasi şərhçinin sözlərinə görə, Amerika Birləşmiş Ştatları İran İslam Cümhuriyyəti qarşısına şərt qoyub ki, ya nüvə zənginləşdirməsindən əl çəkin, ya da müharibə olacaq: “İsrail hücum edəcək və bu dəfə hökümətə son qoyulması məsələsi gündəmdə olacaq”.

İradə Cəlil, Bizimyol.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Избранный
24
icma.az

1Источники