RU

Tolikdən blogerlərə şok ittiham: “Barlardan çıxıb...”

Son günlər bir çox tanınmış sima sosial mediada blogerlərə qarşı tənqidi mövqe sərgiləyir.

Publika.az xəbər verir ki, bu dəfə prodüser Tarix Əliyev (Tolik) sosial şəbəkədə paylaşım edərək blogerlərin fəaliyyətini kəskin tənqid edib.

O, “İnstagram” səhifəsindəki paylaşımında bu sahədə şəffaflığın olmamasından narahatlığını ifadə edib:

“Hərdən bir sual verəsim gəlir: bu bloggerlər kimdir? Instagram yaranmamışdan əvvəl onların fəaliyyəti, həyat tərzi necə olub? Bu gün tanınan bir çox blogger – hamısını demirəm – sosial şəbəkənin hesabına dəbdəbəli həyat yaşayan, bahalı paltar geyinən, bir qarın yeməyə görə restoranlarda reklam çəkən, turizm şirkətlərinin hesabına xaricə gedən və beşulduzlu otellərdə qalan şəxslərdir”.

Tolik bəzi blogerlərin keçmişinə diqqət çəkərək bildirib ki, onların bir qismi şübhəli keçmişə malikdir:

“Aralarında nümunəvi ailələrdən çıxan, imkanlı valideynləri olan blogger dostlarımız da var. Onların yolu aydındır. Amma bəzi qızların keçmişini araşdırsanız, barlardan, gecə klublarından çıxıb bu gün özlərini ‘influencer’ adlandırdıqlarını görərsiniz. İctimai nüfuz qazanıblar, amma bu nüfuz nəyin əsasında formalaşıb?”

Prodüser hesab edir ki, bu insanların fəaliyyəti şübhə doğurur və ciddi araşdırmalara ehtiyac var:

“Bunların heç bir peşəsi yoxdur. Əgər ciddi araşdırılsa, ‘blogger’ adı altında çox fərqli məqsədlərin gizləndiyini görərik. Göstərdikləri ‘şahənşah’ həyatları, bahalı villalarda çəkilən videoları çox zaman real deyil. Bu da bəzi imkanlı şəxslərin diqqətini cəlb edir və nəticədə cəmiyyəti çaşdıran süni bir proses baş verir”.

Избранный
15
1
publika.az

2Источники