RU

Los Ancelesdə əyləncə tədbirində atışma törədilib

ain.az, Azvision portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

AzVision.az xəbər verir ki, “ABC” telekanalı şəhərin polis idarəsinə istinadən belə məlumat yayıb. Hadisə avqustun 4-nə keçən gecə baş verib. Los-Anceles Polis departamentinin komandiri Letisiya Ruisin sözlərinə görə, saat 23 radələrində polis məmurları, 50-60 nəfərin iştirak etdiyi ziyafətin keçirildiyi otağa qaçan bir adamı görüblər. Şübhəli şəxsin arxasınca binaya girən polis orada olanlardan birini qanunsuz şəkildə odlu silah saxladığına görə həbs edib. Bundan sonra polis binanı mühasirəyə alıb, binaya baxış keçirib və növbəti çağırış üçün yola düşüb. Lakin gecə saat 1 radələrində həmin ünvana atışma ilə bağlı polisə daha bir zəng daxil olub. Ora gələn polis əməkdaşları güllə yaraları olan bir neçə nəfəri aşkar ediblər. Hamısı böyüklər olmaqla ümumilikdə 8 nəfər yaralanıb. Onlardan ikisini xilas etmək mümkün olmayıb. Hüquq-mühafizə orqanları yaralılardan birinin vəziyyətinin ağır olduğunu bildirirlər. Mümkün şübhəlilər və ya hücumun motivləri barədə hələlik məlumat yoxdur. Sahil İsgəndərov

AzVision.az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Избранный
48
1
azvision.az

2Источники