FİFA referisi Çan Din Thin 43 yaşında vəfat edib.
Publika.az xəbər verir ki, bu barədə Vyetnam Futbol Federasiyası məlumat yayıb.
Bildirilir ki, beynəlxalq hakim təxminən 4 km qaçmağı tələb edən dözümlülük testindən keçərkən yıxılıb.
“Thin qaçarkən huşunu itirib və xəstəxanaya aparılmazdan əvvəl ilkin tibbi yardım göstərilib, lakin həkimlər onu xilas edə bilməyiblər”, - məlumatda bildirilir.