RU

"Turan Tovuz" Türkiyədənn qələbəsiz dönür

"Turan Tovuz" Türkiyədəki təlim-məşq toplanışı çərçivəsində sonuncu yoxlama oyununu keçirib.

İdman.biz xəbər verir ki, komandanın rəqibi Mərakeş təmsilçisi "Vidad" olub.

Qarşılaşmanın ilk hissəsində qapılara qol vurulmayıb. İkinci hissədə fərqlənən rəqib 1:0 hesabı ilə qalib gəlib. Türkiyə toplanışını başa vuran Tovuz təmsilçisi sabah Vətənə dönəcək.

Qeyd edək ki, "Turan Tovuz" daha əvvəl Türkiyənin "Keçiörengücü" (0:0), "Çorum" (1:1) klubları ilə heç-heçə edib, Albaniyanın “Flamurtari” (0:1) klubuna isə uduzub.

İdman.biz

Избранный
18
idman.biz

1Источники