İsrailin sabiq baş naziri Naftali Bennett bildirib ki, ölkəsinin ABŞ-dakı reputasiyası ciddi şəkildə zədələnib və İsrail getdikcə “izqoy dövlət” kimi qəbul olunur.
Bu barədə o, Vaşinqton və Nyu-Yorka etdiyi 10 günlük səfərdən sonra paylaşım edib.
Bennett sosial şəbəkə “X”də “Həqiqi xəbərdarlıq… İsrailin ABŞ-dakı nüfuzu fəlakətli şəkildə aşağı düşür” başlıqlı paylaşımında qeyd edib:
“Burada yaşamış, bizneslə məşğul olmuş və uzun illər İsrailin imicini təşviq etmiş biri kimi açıq deyirəm: ölkəmizin vəziyyəti heç vaxt bu qədər pis olmayıb. İsrail getdikcə pariya dövlət imicinə bürünür.”
Sabiq baş nazir ABŞ-ın İsrailə siyasi dəstəyinin zəiflədiyinə də diqqət çəkib:
“Demokrat Partiyası artıq İsraildən üz döndərib, indi isə ənənəvi olaraq güvəndiyimiz Respublikaçılardan da dəstəyimizi itiririk,” – deyə Bennett vurğulayıb.
//Samir Qurbanov, Editor.az