“Atalanta”nın hücumçusu Ademola Lukman karyerasını “İnter”də davam etdirmək arzusundadır.
90deqiqe.Az xəbər verir ki, 27 yaşlı futbolçu artıq klub rəhbərliyinə və agentlərinə “Atalanta”nı tərk etmək istədiyini və yalnız “İnter”ə keçidə üstünlük verdiyini açıq şəkildə bildirib. Nigeriyalı oyunçu, Bergamo təmsilçisində çıxış etmək istəmədiyini dəqiqliklə vurğulayıb.
Lukman ötən mövsüm bütün turnirlər daxil olmaqla 40 oyuna çıxıb, 20 qol vurub və 7 məhsuldar ötürmə ilə yadda qalıb. “Transfermarkt” portalı futbolçunun bazar dəyərini 60 milyon avro olaraq qiymətləndirir. Hazırda “İnter”in Lukmanın transferi üçün danışıqlara başlamağa hazırlaşdığı bildirilir.