RU

WP: Tramp Ağ Evdə Azərbaycan və Ermənistan liderləri ilə görüşəcək

ABŞ Prezidenti Donald Tramp cümə günü Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyanla görüşəcək.

Operativ Media xəbər verir ki, bu barədə "The Washington Post" qəzeti məlumat yayıb.

Məlumata görə, danışıqlardan sonra Azərbaycan və Ermənistan liderləri sülh sazişinin bağlandığını elan edə bilərlər.

Bundan əvvəl Ermənistan hökuməti Azərbaycan və Ermənistan liderlərinin sülh müqaviləsi bağlamaq niyyətlərini elan etmək üçün ABŞ-də keçirilə biləcək mümkün görüşlə bağlı xəbəri təkzib etməyib.

Избранный
23
operativmedia.az

1Источники