RU

Ucarda qəzaya uğrayan minik avtomobili yanıb

Apa.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Ucarda toqquşan iki avtomobildən biri yanaraq sıradan istifadəyə yararsız hala düşüb.

APA- nın yerli bürosunun xəbərinə görə, hadisə bu gün səhər saatlarında Bakı- Qazax magistralının rayonun Küçəkənd kəndindən keçən hissəsində baş verib.

Belə ki, Balakən rayon sakini, 2003-cü il təvəllüdlü Pünhan Fərrux oğlu Gondolovun idarə etdiyi "Ford" markalı avtomobil ilə Ağcabədi rayon sakini, 1993-cü il təvəllüdlü Fərrux Bəhrəm oğlu Hüseyinlinin idarə etdiyi "Mercedes" markalı avtomobil toqquşub.

Qəza nəticəsində "Ford" anidən alışıb. Hadisə yerinə FHN-in Ucar Rayon Yanğından Mühafizə Hissəsinin texnikası və canlı qüvvəsi cəlb olunub.

Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb. Hadisə zamanı ölən və xəsarət alan olmayıb.

Faktla bağlı araşdırma aparılır.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Избранный
108
30
apa.az

10Источники