RU

Seul çayında sirli məxluq göründü

Cənubi Koreyanın paytaxtı Seulda Han çayında sirli böyük məxluq görünüb.

Publika.az xəbər verir ki, bu barədə video "Jung dam" "YouTube" kanalında yerləşdirilib.

Koreyanın Yeouido şəhərində Milli Assambleyanın binası yaxınlığındakı çayda balıq tutan bir kişi suda böyük və hərəkət edən bir şey görüb. Əvvəlcə bunun böyük bir balıq olduğunu düşünüb. Lakin balıqçı tezliklə ona yaxınlaşan qara və nəhəng bir məxluq görüb. 6-10 metr uzunluğunda və insandan qalın olub.

Naməlum məxluq təxminən 20 dəqiqə suda müşahidə edilib. Daim bir yerdə fırlanıb.

Избранный
75
publika.az

1Источники