RU

Simeonenin oğlu klubunu dəyişir

Argentina millisinin üzvü Covanni Simoene İtaliyada klubunu dəyişməyə hazırlaşır.

Futbolpress.az xəbər verir ki, forvard “Napoli”dən “Torino”ya keçəcək. Bu barədə insayder Nikolo Skira məlumat yayıb. Turin təmsilçisi Simeonenin keçidi üçün “Napoli” ilə 8 milyon avro qarşılığında anlaşıb.

30 yaşlı hücumçu özü isə illik 1,7 milyon avro qazanacaq.

Covanni ötən mövsümdə A Seriyasında 30 oyunda 1 qol vurub. O, “Atletiko”nun baş məşqçisi Dieqo Simeonenin oğludur.

Избранный
17
1
futbolpress.az

2Источники