Samuxda ehtiyatsızlıqdan yanıq xəsarətləri alan qadın ölüb.
"Report"un Qərb bürosunun məlumatına görə, Samux rayon sakini, 1983-cü il təvəllüdlü S.Əliyeva evində ehtiyatsızlıqdan ağır yanıq xəsarətləri alıb.
O, ağır halda xəstəxanaya yerləşdirilib. Qadın 6 gün sonra müalicə aldığı xəstəxanada dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.