RU

Naxçıvanda qeyri-dövlət sektorundan vergi daxilolmaları 30%-ə yaxın artıb

Bakı. Trend:

Bu ilin yanvar – iyul ayları ərzində Naxçıvan MR İqtisadiyyatNazirliyi yanında Dövlət Vergi Xidmətinin xətti ilə büdcəyə 140,6milyon manata yaxın vergi daxil ödənilib ki, bu da ötən ilin eynidövrünə nisbətən 20,3 faiz və ya 23,7 milyon manat çoxdur.

Bu barədə Trendİqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadənxəbər verir.

Məlumata görə, qeyri-dövlət sektorundan daxilolmalar 95,3 milyonmanat təşkil edib. 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə busektordan vergi daxilolmaları 21,9 milyon manat və ya 29,8 faizartıb. Ödənilən vergilərin 67,8 faizi qeyri-dövlət sektorunun, 32,2faizi isə dövlət sektorunun payına düşüb.

Bundan başqa, 2025-ci ilin yanvar – iyul aylarında NaxçıvanMuxtar Respublikasında işsizlikdən sığorta haqları üzrədaxilolmalar ötən ilin müvafiq dövrü ilə müqayisədə 6,7 faizartaraq 2,7 milyon manatdan çox olub. Həmin dövrdə icbari tibbisığorta haqları üzrə ödəmələr 2024-cü ilin eyni dövrünə nisbətən10,6 faiz artıb və 18,1 milyon manata yaxın təşkil edib.

Избранный
54
3
az.trend.az

2Источники