RU

Paşinyan Vaşinqtonda hansısa sənədi imzalayacaq KİV

ain.az bildirir, Unikal.az portalına istinadən.

Bu həftənin sonunda Vaşinqtonda Ermənistanın baş naziri Nikol Paşinyan, Azərbaycan Prezidenti İlham Əliyev və ABŞ prezidenti Donald Tramp arasında görüş planlaşdırılır.

"Unikal" xəbər verir ki, bu  barədə Ermənistanın  "Joqovurd" qəzeti yazıb. 

Nəşr qeyd edir ki, Amerika mediası və analitiklərinin məlumatına görə, tərəflər Ermənistan və Azərbaycan arasında sülhün bərqərar olmasına yönəlmiş anlaşma memorandumu imzalamağa hazırlaşır.

"Nikol Paşinyan indiki mərhələdə heç bir ilkin şərt olmadan sülhə hazırdır. Komanda daxilində müzakirələr zamanı baş nazir vurğulayıb ki, “çox güman ki, müəyyən bir sənəd imzalanacaq”", - qəzet mənbələrə istinadən yazıb.

Gülayə Mecid 

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Избранный
23
1
unikal.az

2Источники