Bakı. Trend:
Mərkəzləşdirilmiş imtahanla qəbul həyata keçirilən lisey vəgimnaziyalar üçün seçim prosesi 6 avqust saat 15:00-da aktivləşəcəkvə 13 avqust saat 12:00-da başa çatacaq.
Bu barədə Trend-ə Təhsil İnstitutundan məlumat verilib.
Bildirilib ki, namizədlər seçimlərini şəxsi kabinet vasitəsilə,“İmtahanlar” bölməsində yerləşən “Lisey seçimi” hissəsindən həyatakeçirə bilərlər.
Əlavə araşdırmanın nəticələrinə əsasən, müvafiq komissiyanınqərarı ilə nəticələri ləğv edilən şəxslər 8 avqust saat 17:00-aqədər [email protected] elektron ünvanına rəsmi ərizə ilə müraciətedə bilərlər.