Bakı. Trend:
Bu ilin yanvar-iyun aylarında Azərbaycanda əsas kapitalayönəldilmiş investisiyalardan yaşayış evlərinin tikintisinə 1,3milyard manat sərf olunub.
Bu barədə Trend Dövlət Statistika Komitəsindən məlumat əldəedib.
Məlumata əsasən, bu göstərici 2024-cü ilin eyni dövründəkigöstərici ilə müqayisədə 51,9% çoxdur.
Qeyd edək ki, 2025-ci ilin yanvar-iyun aylarında ölkəniniqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyəmənbələrindən əsas kapitala 8073,5 milyon manat və ya 2024-cü ilinmüvafiq dövrü ilə müqayisədə 0,5% az investisiya yönəldilib.Neft-qaz sektoruna yönəldilmiş investisiyaların həcmi 23,8 faizazalıb, qeyri neft-qaz sektoruna yönəldilmiş investisiyaların həcmiisə 13,5 faiz artıb.
Ümumi sərmayənin 4067,9 milyon manatı və ya 50,4%-i məhsulistehsalı sahələrinin, 2672 milyon manatı (33,1%-i) xidmətsahələrinin, 1333,6 milyon manatı (16,5%-i) isə yaşayış evlərinintikintisinin payına düşüb. Ümumi sərmayənin 49,1%-i dövlət, 50,9%-iqeyridövlət sektorunun sərmayədarları tərəfindən qoyulub.
Sərmayə qoyuluşunun 78,2%-i tikinti-quraşdırma işlərinə sərfedilib. Daxili mənbələrdən əsas kapitala yönəldilmiş investisiyanındəyəri ümumi sərmayənin 75,2%-ni təşkil edib.