RU

"Neftçi" Rusiyada turnirə qatıldı, 11-ci yeri tutdu

Rusiyanın Altay vilayətinin Barnaul şəhərində Gennadi Smertinin xatirəsinə həsr olunmuş beynəlxalq turnir keçirilib. 

Fanat.Az-ın əldə etdiyi məlumata görə, aşağı yaş qrupları üzrə komandalar arasında doqquzuncu dəfə təşkil olunan turnirə "Neftçi"nin 12 yaşlıları da qatılıb.

Avqustun 2-5-i aralığında keçirilən yarışda 16 iştirakçı mübarizə aparıb ki, onlardan 12-si yerli, 6-sı Qazaxıstan, Azərbaycan, Özbəkistan və Belarus təmsilçisi olub. İslam Kərimovun müşaiyət etdiyi, Elnur İmanquliyevin isə baş məşqçisi olduğu "ağ-qaralar" C qrupunda Dağıstanın və Ulyanovun "Dinamo Akademiyası" komandaları, həmçinin Qazaxıstanın "Elimay" komandası ilə mübarizə aparıb. Qrup üçüncülüyü ilə kifayətlənən "Neftçi" sonda 11-12-ci yer uğrunda matça çıxıb. Təmsilçimiz son qarşılaşmada Novosibirskin "Sibir" komandası ilə üz-üzə gəlib. Oyunun gedişində 0:3 hesabı ilə geri düşən "Neftçi" sonradan 3 qol vuraraq bərabərliyi təmin edə bilib. Belədə qalib penalti seriyasında müəyyənləşib ki, "Neftçi" "lotoreya"da qalib olaraq turniri 11-ci yerdə başa vurub. 

Qalib isə Qazaxıstanın “Kayrat” komandası olub. İkinci yeri Krasnoyarsk “Yenisey”i, üçüncü yeri isə Dağıstan təmsilçisi "Altay" tutub. 

Mirağa

Избранный
12
1
fanat.az

2Источники