RU

Türkiyənin naziri Şimşək: “İnflyasiya ilə mübarizəni davam etdirməyə qərarlıyıq”

Ajans.az Reuters-ə istinadən xəbər verir ki hökumət bu prosesin çıxmasına imkan verməyəcək. Şimşək Mərkəzi Bankın 2024-cü il üzrə inflyasiya proqnozunun 19-29% aralığında olduğunu xatırladaraq, gələn il bu göstəricinin 20%-dən aşağı düşəcəyini, 2027-ci ildə isə tək rəqəmli həddə çatacağını bildirib. “İnflyasiya proqnozumuzu ilin sonuna qədər saxlayırıq. Dezinflyasiya üçün zəruri şərait artıq böyük ölçüdə mövcuddur. Proses proqnozlaşdırılan istiqamətdə irəliləyir. Bizim üçün əsas məsələ bu irəliləyişin davamlı və sabit olmasıdır”, – deyə o qeyd edib. Rəsmi statistikaya əsasən, ötən ilin mayında 75%-ə çatan istehlak qiymətləri inflyasiyası bu ilin iyul ayında 33,5%-ə qədər yavaşlayıb. Mərkəzi Bank ötən ay uçot dərəcəsini 300 baza bəndi endirərək 43%-ə salıb və bununla da əvvəlki aylarda siyasi qeyri-müəyyənlik səbəbindən dayandırılmış yumşalma siyasətinə qayıdılıb. Şimşək vurğulayıb ki, pul, maliyyə, gəlir və təklif yönlü siyasətlərin koordinasiyası inflyasiya ilə mübarizədə mühüm rol oynayacaq: “Pul siyasəti tələb, məzənnə və gözləntilər kanalları vasitəsilə inflyasiyanın cilovlanmasına güclü dəstək verir. Fiskal siyasətlə artan koordinasiya bu səyləri daha da möhkəmləndirir.” Nazir əlavə edib ki, neftin qiymətindəki dəyişikliklər, xarici ticarət tarifləri və emal olunmamış qida məhsullarında qeyri-sabitlik inflyasiyaya məhdud da olsa, təzyiq yarada bilər. Lakin hökumət mümkün şoklara qarşı tədbir görməyə hazırdır. O, həmçinin bu il iqtisadi artımın 4%-lik orta müddətli proqram hədəfindən bir qədər aşağı ola biləcəyini, lakin bunun kəskin tənəzzül yox, müvəqqəti yavaşlama olduğunu bildirib. 2025-ci ilin birinci rübündə Türkiyə iqtisadiyyatı 2% artıb. Cari əməliyyatlar balansı üzrə kəsirin hədəfdən aşağı qalacağını bildirən Şimşək, inflyasiya uçotu və zəif artım səbəbindən büdcə gəlirlərinin proqnozların gerisində qala biləcəyini, lakin hökumətin xərcləmələrdə sərt intizam saxlayacağını qeyd edib. Nazir onu da bildirib ki, infrastruktur və inkişaf yönlü layihələr üçün beynəlxalq maliyyə institutlarından cəlb edilən sərfəli kreditlərin həcmi 2023 və 2024-cü illərdə 17,4 milyard dollara çatıb. Bu il ərzində isə indiyədək 7 milyard dollara yaxın vəsait təmin edilib.

“Dünya Bankı, İslam İnkişaf Bankı və Asiya İnfrastruktur İnvestisiya Bankı (AIIB) ilə ortamüddətli əməkdaşlıq çərçivəsini formalaşdırmışıq. Digər maliyyə institutlarının dəstəyi ilə qarşıdakı üç ildə 40 milyard dollardan artıq xarici maliyyələşdirmə cəlb etməyi planlaşdırırıq”, – deyə Şimşək bildirib.

Избранный
21
Ajans.az

1Источники