RU

Stiv Vitkoffla Putin arasında görüş olub - Video

Avqustun 6-da Moskvada ABŞ prezidenti Donald Trampın Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiv Vitkoffla Rusiya Federasiyasının prezidenti Vladimir Putin arasında görüş olub.

XəzərNews.az xəbər verir ki, bu barədə Putinin mətbuat xidməti məlumat yayıb.

Məlumata görə, görüş Kremldə baş tutub.

Kreml də müvafiq video yayımlayıb. Prezident Putin ABŞ-ın xüsusi nümayəndəsini ingiliscə “Welcome” sözü ilə qısaca salamlayıb.

Görüntülərdən görünür ki, danışıqlarda Putinin əvvəllər ABŞ və Rusiya arasında danışıqlar qrupunun tərkibində olmuş köməkçisi Yuri Uşakov da iştirak edir.



Xəbər 4 dəfə oxunub.
Избранный
70
xezernews.az

1Источники